“Finnair” aviaşirkəti “cəhənnəm”ə son reysini etdi FOTO


Dünya 14 Okt 2017 18:33:00 329 0

“Finnair” aviaşirkəti “cəhənnəm”ə son reysini etdi  FOTO

Finlandiyanın "Finnair" aviaşirkətinin AY666 "Kopenhagen-Helsinki" reysini sərnişinlər zarafatyana "cəhənnəmə reys" adlandırırlar. Həm 666 rəqəmi. Həm də Helsinki şəhərinin hava limanının biletdə HEL kimi ("hell" ingiliscə "cəhənnəm" deməkdir) göstərilməsi bu zarafatın yaranmasına səbəb olub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, son 20 il ərzində yerinə yetirilmiş reys üzrə dünən, cümə günü, ayın 13-də, saat 13-də son səfər edilib. Helsinkidə təyyarənin sərnişinlərini xüsusi olaraq mövzuya uyğun hazırlanmış avtobus qarşılayıb.

Bundan sonra həmin reys AY954 adlanacaq.


Xəbərə aid foto