Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır (ÖZƏL)


Digərləri 14 Okt 2017 15:15:00 299 0

Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır (ÖZƏL)

Pakistan şirkətləri Azərbaycanın əczaçılıq bazarına çıxmaqda maraqlıdır.

Bakı. Gülqız Muradova, Azad Həsənli - Pakistan şirkətləri Azərbaycanın əczaçılıq bazarına çıxmaqda maraqlıdır. Bunu Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. Onun sözlərinə görə, bir sıra Pakistan şirkətləri Pirallahı Sənaye Parkında birgə müəssisə yaratmağı planlaşdırır. Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarından danışan səfir onu da qeyd edib ki, Azərbaycan müxtəlif cərrahiyyə və tibb alətləri idxal edə bilər. Qeyd edək ki, Pirallahı Sənaye Parkı 2016-cı ildə Azərbaycan Prezidentinin göstərişi ilə yaradılıb və əczaçılıq məhsulları üzrə ixtisaslaşıb.