Bir zamanlar milyonların pərəstişkarı idi


Digərləri 14 Okt 2017 13:32:00 334 0

Bir zamanlar milyonların pərəstişkarı idi

Bir zamanlar "Sabrina" kimi tanınan, "Britaniyanın Merilin Monrosu" adlandırılan, milyonlarla pərəstişkarı olan aktrisa Norma Enn Sayks 80 yaşında, səfillik və yoxsulluqda ölüb.

Özü də ötən il, 2016-cı ilin noyabrında.

Son.az The Mirror-a istinadən bildirir ki, unudulmuş aktrisanın dünyasını dəyişdiyi indi bəlli olub.

"Lal sarışın" kimi tanınan Norma Enn Sayksın yaxşı səsi yoxdu. O, rəqs etməyi və oxumağı da bacarmırdı. Fəqət, gözəlliyi sayəsində o, çox məşhurlaşmışdı.

Norma 1955-ci ildə, 19 yaşı olanda tanındı. O, seriallarda və reklamlarda gözəl, amma qaradinməz xanımlar obrazında çəkilirdi.

Aktrisa hər gün minlərlə məktub alırdı. Onun sevgililəri arasında Elvis Presli və Frenk Sinatra da vardı.