Kaliforniyada Hepatit A virusunun yayılmasına görə fövqəladə vəziyyət elan olunub


Dünya 14 Okt 2017 10:30:08 340 0

Kaliforniyada Hepatit A virusunun yayılmasına görə fövqəladə vəziyyət elan olunub

Los-Anceles, San-Diyeqo və Santa Kruzda epidemiyanın yayılmasının qarşısının alınması üçün tədbirlər görülür

Kaliforniyada Hepatit A virusunun yayılmasına görə fövqəladə vəziyyət elan olunub. 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Kaliforniyanın qubernatoru Cerri Braun bununla bağlı yazılı açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, Los-Anceles, San-Diyeqo və Santa Kruzda epidemiyanın yayılmasının qarşısı alınmalıdır.

Kaliforniya Səhiyyə İdarəsi vaksinlərin hazırlanması və virusun yayıldığı bölgələrə paylanmasını təmin edəcək.

Xatırladaq ki, ötən ay San-Diyeqo şəhərində 16 nəfərin Hepatit A virusundan ölməsindən sonra şəhərin müəyyən hissəsi xüsusi məhlullarla təmizlənib.