Əbu-Dabidən Sidneyə uçan təyyarə yarı yolda məcburi eniş etdi


Digərləri 14 Okt 2017 10:27:00 230 0

Əbu-Dabidən Sidneyə uçan təyyarə yarı yolda məcburi eniş etdi

"Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib.

Bakı. "Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib. Trend-in məlumatına görə, buna səbəb qəflətən təyyarənin göyərtəsində həyəcan siqnalının yanması olub. Təyyarə aeropotda enincə 349 sərnişin dərhal qəza qapısında təxliyyə edilib. Hazırda təyyarədə həyəcan siqnallarının hansı səbəbdən işə düşməsi araşdırılır. Sərnişinlərin isə Sidneyə başqa təyyarə ilə yola salınacaqları bildirilib.