Müəllimi: “Donald Tramp bu günədək tanıdığım ən axmaq tələbədir”


Dünya 14 Okt 2017 09:56:22 366 0

Müəllimi: “Donald Tramp bu günədək tanıdığım ən axmaq tələbədir”

"O, uzun illər keçməsinə baxmayaraq, hələ də dəyişməyib"

“Donald Tramp bu günədək tanıdığım ən axmaq tələbədir”. 

“Report”un "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın 45-ci prezidenti Donald Trampın ali təhsil aldığı Pensilvaniya Universitetinin professoru Uilyam Kolley deyib.

Onun sözlərinə görə, Donald Tramp universitetdə özünü hər şeyi bilirmiş kimi aparırdı: "O, uzun illər keçməsinə baxmayaraq, hələ də dəyişməyib".