Bakıda yaşlı qadın tanışı tərəfindən bıçaqlandı


Digərləri 14 Okt 2017 09:08:00 264 0

Bakıda yaşlı qadın tanışı tərəfindən bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan yaralı gecə saatlarında "təcili yardım" maşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.

Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.