İtaliya yaxınlığında 600-ə yaxın miqrant xilas edilib


Dünya 14 Okt 2017 04:58:49 298 0

İtaliya yaxınlığında 600-ə yaxın miqrant xilas edilib

Onlar Siciliyanın Palermo limanına aparılıblar

Afrikadan olan təqribən 600 miqrant Aralıq dənizinin İtaliya sahillərində xilas edilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xilasetmə əməliyyatı 36 saat çəkib.

Onlar Siciliyanın Palermo limanına aparılıblar.