İslandiya prezidenti duş qəbulu zamanı burnunu qırıb


Dünya 14 Okt 2017 03:19:43 340 0

İslandiya prezidenti duş qəbulu zamanı burnunu qırıb

İnsidentdən dərhal sonra o xəstəxanaya yollanıb

İslandiya prezidenti Qvüdni Youhannesson vanna qəbulu zamanı burnunu qırdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

"Ötən gecə isti və rahat vanna həddindən artıq isti və rahat oldu", — deyə nəşr prezidentin sözlərini sitat gətirib.

Dövlət başçısı qeyd edib ki, insidentdən sonra o, dərhal xəstəxanaya gedib və orada onun burnuna tikiş qoyulub.

Youhannesson özünü yaxşı hiss etdiyini əlavə edib.