Viktoriya 3 müxtəlif obrazda - fotolar


Şou-biznes 14 Okt 2017 00:00:00 380 0

Viktoriya 3 müxtəlif obrazda - fotolar

43 yaşlı dizayner, keçmiş futbolçu Devid Bekhemin xanımı Viktoriya Bekhem Nyu-Yorkda görüntülənib.



Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gün ərzində paparassilərin obyektivinə tuş gələn Bekhem 3 müxtəlif obrazda lentə alınıb.

O, günə çəhrayı rəngli libas, bardo çəkmələrlə başlayıb. Günün ikinci yarısı dizayner portağalı kombinizonda, axşama yaxın isə bənövşəyi paltar və çəhrayı çəkmələrdə olub.

Qeyd edək ki, Viktoriyanın Nyu-Yorka gəlişinin səbəblərindən biri işi ilə bağlıdır. Belə ki, modelyer sahibi olduğu brendin yeni mağazasının açılışı ilə bağlı sahibkarlarla görüşüb.