35 minlik cehiz davası: Ər və arvadın cehizə görə davası VİDEO


Digərləri 13 Okt 2017 23:01:00 444 0

35 minlik cehiz davası: Ər və arvadın cehizə görə davası  VİDEO

Evləndilər, boşanandan sonra isə cehiz üstündə dava düşdü. Hətta qız evi keçmiş kürəkənlərini cehizi mənimsəməyə görə məhkəməyə verib.

Son.az bildirir ki, Salyan rayon sakini Əli Amalov 2011-ci ildə ailə qurduğu xalası qızı ilə bir müddət sonra aralarındakı münaqişəyə görə məhkəməyə müraciət edib. Elə bütün problemlər bundan sonra başlayıb.

Əli Amalov iddia edir ki, nikahları olan zaman hec bir cehiz əmlakına imza atmasa da, sonra böyük bir əmlak siyahısı ortaya çıxıb. Hətta siyahıda elə şeylər yazılıb ki, onların heç biri cehiz kimi onun evində olmayıb.

Sonuncu dəfə ailə məhkəmənin iclası zamanı ona 7 min 500 manatlıq borc kəsib. Məsələyə Əlinin həyat yoldaşı Ülkər Cəfərovanın da mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Ülkər xanım isə keçmiş həyat yoldaşının onun mülkünü mənimsədiyini, hətta uşağa görə aliment belə vermədiyini bildirib.