Azərbaycanda tükürpədici hadisə: "Qayınanam uşağımı satdı..." VİDEO


Digərləri 13 Okt 2017 22:55:00 314 0

Azərbaycanda tükürpədici hadisə: "Qayınanam uşağımı satdı..."  VİDEO

Bərdənin Gülgəzli kəndində tükürpədici hadisə baş verib. Son.az bildirir ki, ananın əlindən övladı alınaraq başqa ailəyə satılıb.

Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində 6 uşaq dünyaya gətirib. Onun sözlərinə görə övladlarından biri qaynanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.

Elnaz Xurşudovanın sözlərinə görə, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək. Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov isə onu 3 uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Və ondan uşaq üçün verilən pulu geri verilməyənə qədər övladını görə bilməyəciyini deyiblər.