Dikdaban ayaqqabı geyinməyə məcbur edilən ofisiant dırnağını itirdi


Digərləri 13 Okt 2017 21:21:00 356 0

Dikdaban ayaqqabı geyinməyə məcbur edilən ofisiant dırnağını itirdi

Kanadalı ofisiant xanımla bağlı Facebook sosial şəbəkəsində müdafiə kampaniyası başlanıb. Kampaniyaya səbəb ofisiantı çalışdığı iş yerində dikdaban ayaqqabı geyinməyə məcbur etmələri və bunun sonucunda onun ayağının qanaması olub.

Son.az musavat.com-a istinadən bildirir ki, xanımın durumu ilə bağlı təəssüflərini bildirənlər onun çalışdığı restoranı boykot etməyə çağırıblar. "Joey" restoranlar şəbəkəsində çalışan xanımın fotolarını isə Nikola Qavins yayımlayıb. Bu, 11 min paylaşın və 412 şərhə səbəb olub. Ofisiant xanımın adı hələ tam açıqlanmayıb. Amma Nikola bildirib ki, ayağının qanamasına baxmayaraq, restoranda növbəti gün də ofisiantı dikdabanla gəzməyə məcbur ediblər. Ona daha rahat ayaqqabıda gəzməyə icazə verməyiblər. Qeyd olunur ki, müəssisənin siyasətinə uyğun olaraq, əməkdaşlar dikdaban ayaqqabı geyinməyə məcburdurlar.