KİV: Ermənistanın Gürcüstandakı yeni səfirinin adı məlum olub


Dünya 13 Okt 2017 20:27:05 289 0

KİV: Ermənistanın Gürcüstandakı yeni səfirinin adı məlum olub

Ruben Sadoyan ölkəsinin Gürcüstanda diplomatik missiyasına başçılıq edəcək

Ermənistanın Gürcüstana təyin etdiyi yeni səfirlə bağlı iki ölkə arasında razılıq əldə olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının üzvü, keçmiş deputat Ruben Sadoyan ölkəsinin Gürcüstanda diplomatik missiyasına başçılıq edəcək.

Məsələ ilə bağlı R.Sadoyan jurnalistlərə ölkədə olmadığı üçün qərardan xəbərsiz olduğunu bildirir.

Qeyd edək ki, Ermənistandakı hakimiyyət bu vəzifəyə Sergey Minasyanı təyin etmişdi. Rəsmi Tbilisi Minasyanın rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək ona aqreman verməyib.