Bolqarıstan Prezidenti və xanımı Heydər Əliyev Mərkəzində olublar FOTO


Digərləri 13 Okt 2017 19:09:00 318 0

Bolqarıstan Prezidenti və xanımı Heydər Əliyev Mərkəzində olublar  FOTO

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Heydər Əliyev Mərkəzində olublar.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Bolqarıstan Prezidenti Rumen Radevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.

Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı bildirilib. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.

Ziyarətçilər Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilərlə də tanış ola bilərlər.

Ali qonaq "Azərbaycan inciləri" sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.


Xəbərə aid fotolar