"İnter" "Qarabağ"la bacarmadı - Son 5 dəqiqədə


Digərləri 13 Okt 2017 17:53:00 276 0

"İnter" "Qarabağ"la bacarmadı - Son 5 dəqiqədə

Azərbaycan Premyer Liqasının 8-ci turuna start verilib.

Bakı. Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turuna start verilib. Trend-in məlumatına görə, ilk oyunda "İnter" "Qarabağ"ı qəbul edib. Matçın favoriti Ağdam təmsilçisi olsa da, bakılılar düz 85 dəqiqə qapılarını toxunulmaz saxlaya biliblər. Lakin 85-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Dino Ndlovu hesabı açıb. Oyunun artırılmış əlavə vaxtda - 90+2-ci dəqiqədə D.Ndlovu yekun nəticəni müəyyən edib - 0:2. Beləliklə, "Qarabağ" 7 oyundan 19 xalla turnir cədvəlində 1-ci sıradadır.