"1 aydan sonra "siz belə vermisiniz" deyəndə DYP güzəşt etməyəcək"


Digərləri 13 Okt 2017 17:04:00 394 0

"1 aydan sonra "siz belə vermisiniz" deyəndə DYP güzəşt etməyəcək"

Avtomobillərin dövlət qeydiyyat nişanındakı bəzi cizgilərin (defis, haşiyə) yerində olmaması ilə bağlı söhbət deyəsən, ciddi ajiotaj yaradıb. Doğrudan da, standartdan belə kənaraçıxma halları çoxdur. Bunların bəzilərini, xüsusən də, haşiyənin olmamasını sürücülər ediblər, amma bəzi sürücülərə qeydiyyat nişanı elə defislərsiz verilib.

Son.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib.

DYP-nin bu nöqsanların aradan qaldırılması 1 ay vaxt verdiyini xatırladaq ekspertin sözlərinə görə, bu 1 aylıq müddət 2 səbəbdən verilib:

Defis üçün 5 manat istəyirlər - Polisin qərarı qalmaqal yaratdı

"Birincisi, vaxtilə DYP-nin qeydiyyat, imtahan, texniki baxış şöbələrində defissiz verilmiş nömrələrin elə həmin şöbələrin özündə qaydaya salınması təmin edilsin. Hətta Baş DYP İdarəsinin rəsmisi deyib ki, kimin avtomobilinin nömrəsində defislər yoxdursa, gəlsinlər, ödənişsiz aradan qaldırılacaq. Əslində, bu o deməkdir ki, gətirin səhvimizi düzəldək.