Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi başa çatdı (FOTO)


Digərləri 13 Okt 2017 16:37:26 285 0

Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi başa çatdı (FOTO)

Gəncə şəhər stadionunun əsas meydanında təmir işləri və ot örtüyünün dəyişdirilməsi prosesi başa çatıb.

Bakı. Gəncə şəhər stadionunun əsas meydanında təmir işləri və ot örtüyünün dəyişdirilməsi prosesi başa çatıb. Trend-in məlumatına görə, may ayının əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub. Qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlayıblar. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib. Bundan sonra “Kəpəz” ev oyunlarını Gəncədə keçirə bilər. Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.