Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?


Digərləri 13 Okt 2017 15:44:00 260 0

Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?

"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".

N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.