Tovuzda bədbəxt hadisə - 10 yaşlı uşağın biləkləri sındı


Digərləri 13 Okt 2017 14:52:00 324 0

Tovuzda bədbəxt hadisə - 10 yaşlı uşağın biləkləri sındı

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib.

Bakı. Samir Əli - Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Xatınlı kəndində olub. Kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərov Yasin Məqsəd oğlu oxuduğu məktəbin həyətində idman qurğusundan yıxılıb. Hadisə nəticəsində Y.İsgəndərovun hər iki qolu bilək nahiyəsindən sınıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.