Deputat: Azərbaycanda çayçılığı 90-cı illərin əvvəllərində hakimiyyətə gələnlər məhv etdi


Digərləri 13 Okt 2017 13:18:33 253 0

Deputat: Azərbaycanda çayçılığı 90-cı illərin əvvəllərində hakimiyyətə gələnlər məhv etdi

"Azərbaycanda çayçılıq ötən əsrin 90-cı illərinin əvvəllərində məhv edildi. Bunu o dövrdə hakimiyyətə gələnlər etdi".

Bakı. Elçin Mehdiyev - "Azərbaycanda çayçılıq ötən əsrin 90-cı illərinin əvvəllərində məhv edildi. Bunu o dövrdə hakimiyyətə gələnlər etdi". Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə üzvü Cavanşir Paşazadə deyib. C.Paşazadə bu sahənin sarımsaqla əvəz edildiyini, bunun da yanlış addım olduğunu bildirib: "Buna görə indi də çayçılıq sahəsində məhsuldarlıq aşağıdır". Deputat qeyd edib ki, hazırda bu sahədə ciddi iş aparılır, çayçılıq inkişaf etdirilir.