Ən bahalı boşanma olmadı


Digərləri 13 Okt 2017 13:06:00 385 0

Ən bahalı boşanma olmadı

Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq sahibi, britaniyalı milyarder Berni Ekklstounun qızı, model və modelyer Petra Ekklstoun əri Ceyms Stantdan boşanır.

Britaniya ilə bahəm, dünya tarixində "ən bahalı" boşanmalardan biri olacaq bu prosesdə 8 milyard dollarlıq varidatın bölünməsindən söhbət gedir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı Petra Ekklstoun dünən bəyan edib ki, o, boşandığı əri ilə məhkəmə qərarınadək razılaşma əldə edib.

2011-ci ildə ailə qurmuş Petra ilə Ceymsin İtaliyada 15 milyon dollara başa gələn toyu olmuşdu. Onların ABŞ-ın Los-Anceles şəhərində 193 milyon dollarlıq və Londonun Çelsi səmtində 160 milyon dollar dəyərində dəbdəbəli evləri var.

Dünən Petra atası Berni və bacısı Tamara ilə məhkəməyə yollanmışdı. Az sonra Ceyms Stant da vəkilləriylə birlikdə ora yaxınlaşıb.

35 yaşlı C.Stant reportyorların suallarını cavablamaq istəməyib.


Xəbərə aid fotolar