Hava limanında anakonda dərisi ilə tutuldu


Dünya 13 Okt 2017 12:48:00 344 0

Hava limanında anakonda dərisi ilə tutuldu

İstanbulda hava limanında tekstil sənayesində istifadə olunan ilan və timsah dərisi aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sinqapurdan İstanbula gələn sərnişinlərdən biri özünü şübhəli apardığı üçün Atatürk hava limanının əməkdaşları həmin şəxsin üzərinə baxış keçiriblər.

Baxış zamanı iki çantadan dəyəri 120 min lirə olan 99 ilan, o cümlədən anakonda dərisi və 3 timsah dərisi tapılıb.