Bələdiyyələrin səlahiyyətləri artırılır - yaşıllıqlarla bağlı


Digərləri 13 Okt 2017 12:22:00 42 0

Bələdiyyələrin səlahiyyətləri artırılır - yaşıllıqlarla bağlı

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq. Trend-in məlumatına görə, bu barədə məsələ “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Belə ki, qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni - 21.4 bəndi əlavə edilir. Əlavəyə əsasən, yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventor və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır. Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Təklif edilən dəyişikliyə əsasən, bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq. Maddənin 14.7-ci (Yaşıllıqların bərpası) bəndinə də dəyişiklik edilir. Dəyişikliklə yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən like
  • 13 Okt 12:21  
Digərləri Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən

Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mir

arrow Ətraflı
UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub like
  • 13 Okt 12:18  
İqtisadiyyat UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

Universitetdə “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər

arrow Ətraflı
Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir like
  • 13 Okt 12:18  
Sosial Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir

Yaşıllıqların salınması üçün əkin materialları yerləşdirmək məqs

arrow Ətraflı
Putin MDBni SSRİyə çevirmək istəyir? like
  • 13 Okt 12:18  
Siyasət Putin MDBni SSRİyə çevirmək istəyir?

"Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümk

arrow Ətraflı
Çin dağlarda tras çəkir - 13,4 milyard dollara like
  • 13 Okt 12:17  
Digərləri Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ə

arrow Ətraflı
Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir like
  • 13 Okt 12:13  
İqtisadiyyat Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir

Rusiya son 10 ildə qızıl ehtiyatlarını 9 dəfədən çox artırıb

arrow Ətraflı
Azərbaycan doğulan oğlan uşaqlarının sayı artıb like
  • 13 Okt 12:12  
Digərləri Azərbaycan doğulan oğlan uşaqlarının sayı artıb

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər

arrow Ətraflı
Bolqarıstan Prezidenti: "Biz Cənub Qaz Dəhlizinə dəstək veririk" like
  • 13 Okt 12:11  
Siyasət Bolqarıstan Prezidenti: "Biz Cənub Qaz Dəhlizinə dəstək veririk"

Rumen Radev: "Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanl

arrow Ətraflı
Bakı metrosunda oğlanın ürəyi getdi like
  • 13 Okt 12:11  
Digərləri Bakı metrosunda oğlanın ürəyi getdi

Metronun "28 may" stansiyasında bu gün səhər saat saatlarında hə

arrow Ətraflı
Məşhur model sessiyada yıxıldı  FOTO like
  • 13 Okt 12:07  
Digərləri Məşhur model sessiyada yıxıldı FOTO

Dünyanın ən məşhur supermodellərindən biri, amerikalı Keyt Apton yeni fo

arrow Ətraflı
Millidə türk məşqçi? like
  • 13 Okt 12:06  
İdman Millidə türk məşqçi?

Yığmamızın baş məşqçisi Prosineçki bir neçə

arrow Ətraflı