Çin dağlarda tras çəkir - 13,4 milyard dollara


Digərləri 13 Okt 2017 12:17:00 303 0

Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb.

Bakı. Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb. Trend-in məlumatına görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək. Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək. Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil. Qeyd edək ki, yolun çəkiləcəyi dağlıq ərazi çox çətin keçilən ərazidir.