Azərbaycan təhsili dünya reytinqində: Yeni uğurlar


Digərləri 13 Okt 2017 11:59:00 294 0

Azərbaycan təhsili dünya reytinqində: Yeni uğurlar

Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bakı. Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib. Bu barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib. Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq. İllər Göstəricilər 2014/15- ci il 2015/16-cı il 2016/17-ci il 2017/18- ci il 2017/18-ci il 2014/15-ci illə müqayisədə “Təhsil sisteminin keyfiyyəti” 104 107 72 35 69 “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” 108 104 80 66 42 “İdarəetmə məktəblərinin keyfiyyəti” 124 121 89 72 52 “Məktəblərdə internetə çıxış” 69 68 56 41 28 “Yerli ixtisaslaşmış təlim xidmətləri” 79 82 69 44 35 “Kadr hazırlığı dərəcəsi” 94 90 82 51 43 “Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə 90 89 78 68 22