Türkiyədə terrorçu PKK-nın daha 34 üzvü tutulub


Dünya 13 Okt 2017 10:55:43 329 0

Türkiyədə terrorçu PKK-nın daha 34 üzvü tutulub

Ölkənin 6 əyalətində anti-terror əməliyyatı keçirilib

Türkiyənin 6 əyalətində keçirilən anti-terror əməliyyatı nəticəsində 34 nəfər tutulub.

“Report” Türkliyə KİV-inə istinadən xəbər verir ki, əməliyyatı Adana əyalətinin Terrora qarşı Mübarizə İdarəsi aparıb. 

Əməliyyat Adana başda olmaqla İstanbul, Ankara, Qaziantəp, Şanlıurfa və e Şırnak əyalətlərində keçirilib.

Saxlanılan şəxslər terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinirlər.