Sürücülərin diqqətinə: Bakıda yollarda sürət həddi endirildi


Digərləri 13 Okt 2017 10:11:00 266 0

Sürücülərin diqqətinə: Bakıda yollarda sürət həddi endirildi

Bakıda əsas yollarda sürət həddi endirildi.

Son.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər. Yusif Nəsirli Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində