“Ofeliya” qasırğası ikinci dərəcəyə qədər güclənib


Dünya 13 Okt 2017 02:21:09 371 0

“Ofeliya” qasırğası ikinci dərəcəyə qədər güclənib

Qasırğa ərazisində küləyin maksimum sürəti 160 km/saatı ötür

ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi Atlantik okeanı üzərində formalaşan “Ofeliya” qasırğasının ikinci dərəcəyə qədər gücləndiyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə idarənin saytına məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda qasırğa ərazisində küləyin maksimum sürəti 160 km/saatı ötməkdədir.

Mütəxəssislərin sözlərinə görə, “Ofeliya” Britaniya adalarına oktyabrın 16-sı günorta saatlarında çatacaq.