Bakıda mənzildən kişi meyiti aşkarlanıb


Digərləri 12 Okt 2017 23:38:00 312 0

Bakıda mənzildən kişi meyiti aşkarlanıb

Bakıda mənzildən 58 yaşlı kişinin meyiti tapılıb.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.