Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı


Dünya 12 Okt 2017 23:03:00 479 0

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Son.az modern.az-a istinadən bildirir ki, bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.   Səfirliyin məlumatında bildirilir ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır: "KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib. Rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib".