Qazaxda yerli sakin bıçaqlanıb


Digərləri 12 Okt 2017 22:46:00 313 0

Qazaxda yerli sakin bıçaqlanıb

Hadisə mübahisə zəminində baş verib

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Quşçu Ayrım kəndində mübahisə zəminində baş olub. Kənd sakini, 1978-ci il təvəllüdlü Qaracayev Şahmurad Zirəddin oğlu qarın nahiyəsindən bıçaqlanıb. Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.