Həqiqi vəfa belə olur


Digərləri 12 Okt 2017 22:20:00 341 0

Həqiqi vəfa belə olur

Muhəmməd ibn Bəşir Həzrəmi İmam Hüseynin (ə) muxlis tərəfdaşlarından idi ki, Aşura hadisəsində şəhid olmuşdur.

Aşura gecəsi ona xəbər verirlər ki, düşmən oğlunu sərhəddə əsir alıbdır. Muhəmməd deyir: "Bu müsibətin mükafatını Allahdan istəyirəm".   Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) onun bu sözlərini eşidir və buyurur: "Allah sənə rəhmət etsin, mən öz beyətimi səndən götürürəm. Sən azadsan. Ona görə də oğlunu azad etmək üçün bizdən ayrıla bilərsən".   Muhəmməd cavab verir: "Səhra vəhşiləri məni diri-diri yesinlər, əgər səndən ayrılsam".   İmam Hüseyn (ə) ona min dinarlıq qiyməti olan bir neçə libas verir və buyurur: "Bu libasları o biri oğluna ver ki, onunla qardaşını əsirlikdən xilas etsin". (Həvzəh)   İmam Sadiq (ə) buyurur: "Elə bir şəhid yoxdur, məgər o halda ki, İmam Hüseynlə (ə) olmağı sevər ki, onunla birlikdə behiştə daxil ola bilsin".