1960cı illərdən bu yana Türkiyə və ABŞ arasındakı böhranlar


Digərləri 12 Okt 2017 22:05:00 312 0

1960cı illərdən bu yana Türkiyə və ABŞ arasındakı böhranlar

ABŞ və Türkiyə ilk dəfə qarşılıqlı olaraq viza xidmətlərini dayandırıb.

İki ölkə arasındakı son gərginlik Washington-Ankara xəttində daha əvvəl da yaşanan problemləri xatırladıb.

Türkiyənin Washington-dakı keçmiş səfiri və Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Faruk Loğoğlu, 1 mart məktubu və "çuval hadisəsi" əsnasında ABŞ ilə yaşanan gərginliyin şahidi olub.

BBC Türkcəyə müsahibəsində Loğoğlu, iki ölkə arasındakı münasibətlərdə bu günə qədər yaşanan 6 böhranı və son viza gərginliyini gözdən keçirib.

Kuba Mərmi Böhranı

1962-ci ilin oktyabrında baş verən "Kuba Mərmi Böhranı", Soyuq Müharibənin iki aparıcı gücü ABŞ və Sovet İttifaqını nüvə savaşının astanasına gətirmişdi.

Kuba üzərində uçan U2 təyyarələrinin burada nüvə başlıqlı mərmilər kəşf etməsindən sonra, ABŞ prezidenti John F. Kennedy bildirmişdi ki, Sovet İttifaqının Kubanı nüvə silahı ilə təmin etdiyi təqdirdə çox böyük bir problem yaşanacaq.

Tərəflər bir müddət qarşılıqlı ittihamlar etsələr də, ABŞ və Sovet İttifaqının qarşılıqlı danışıqlarının sonunda gəlinən nəticə, Türkiyəni də böhranın bir hissəsinə çevirmişdi.

Sovet İttifaqı Kubadan nüvə silahlarını çıxaracağını, amma əvvəlcə ABŞ-ın Türkiyə və İtaliyadakı nüvə başlıqlarını da geri çəkmək məcburiyyətində olduğunu bildirmişdi.

Faruk Loğoğluna görə, böhran əsasında ABŞ və Sovet İttifaqı arasında Türkiyədən silahların yığılması ilə bağlı qərarın "Ankaranın xəbəri olmadan verilməsi" dururdu.

1964 - Johnson Məktubu

ABŞ-ın 36-cı prezidenti Lyndon B Johnson, 5 iyun 1964-cü ildə dövrün baş naziri İsmet İnönüyə yolladığı məktubda, Türkiyənin Kiprdə hərbi əməliyyat təşkil edəcəyindən xəbərdar olduğunu və bundan keçirdiyi narahatçılığı yazırdı.

Faruk Loğoğluna görə, ABŞ-ın hərbi əməliyyatının qarşısını almaq üçün göndərdiyi məktubda əsas mesaj "Qarşınızda Sovet İttifaqı dayanarsa, biz yanınızda olmayacağıq" vurğusu idi.

İsmet İnönünun cavabı isə belə olmuşdu: "Yeni bir dünya qurular. Türkiyə də o dünyada öz yerini tutar."

Məktubda Johnson kəskin bir dillə Türkiyənin danışıqlara başlamasını tələb etmişdi. Əks təqdirdə "NATO və BMT Təhlükəsizlik Şurasından təcili iclası çağırmaq məcburiyyətində qalacağını" bildirmişdi.

Loğoğlu deyir ki, Türkiyə bu böhrandan sonra, NATO-dan daha az asılı olan siyasət yürütməyə başlayıb.

1974 - Xaşxaş əkininin yenidən başladılması

Faruk Loğoğlunun diqqət çəkdiyi başqa bir böhran 1974-cü ildə baş nazir Bülent Ecevitin xaşxaş əkininə yenidən start verməsi ilə başlayan problemdir.

Amerikada narkotik vasitələr artan bir dövrdə, Türkiyə də qaçaqmalçılıqda ittiham olunan ölkələr arasında idi.

1971-ci ildə xaşxaş əkinini tamamilə qadağan edən Türkiyənin 3 il sonra əks qərar verməsi, Washington ilə münasibətlərdə gərginlik yaratmışdı.

"Ayrılıqda qərar əlbəttə ki, müzakirə edilə bilər, amma Bülent Ecevit Türkiyənin duruşunu göstərmişdi," Loğoğlu deyir.

O xatırladır ki, əldə edilən məhsulların beynəlxalq standartlara cavab verməsi üçün atılan addımlarla yanaşı böhran, münasibətlərə qalıcı xələl gətirmədən həll edilmişdi.