“CinemaPlus” kinoteatrında "SOS Gəncə" uşaqları üçün cizgi filmi nümayiş olunub


Digərləri 12 Okt 2017 20:15:00 580 1

“CinemaPlus” kinoteatrında "SOS Gəncə" uşaqları üçün cizgi filmi nümayiş olunub

Gəncə şəhərində yerləşən premium kinoteatr "CinemaPlus Xəmsə"də "Cinemazadeh" studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş müxtəlif diaqnozlu uşaqlar və "SOS Gəncə" tamaşaçıları üçün "Spark. Bəşəri Qəhrəman" 3D cizgi filmi nümayiş olunub.

Son.az xəbər verir ki, uşaqlar cizgi filmini çox maraqla izlədilər. Həmçinin uşaqlara kinoteatr tərəfindən popcorn və şarlar hədiyyə verildi.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.


Xəbərə aid fotolar