Putin və onun zooparkı FOTO


Digərləri 12 Okt 2017 20:04:58 371 0

Putin və onun zooparkı  FOTO

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov rusiyalı həmkarı Vladimir Putinə keçmiş ad günü münasibətilə alabay itinin küçüyünü bağışlayıb.

Son.az bu barədə virtualaz.org-a istinadən xəbər verir.

"İndi bizim bir ümumi dostumuz var. Bu, dünyada yeganə alabay itidir və mən bu gün bu balaca alabayı özümlə gətirmişəm", - deyib türkmən lideri və əlavə edib ki, itə "Vernıy" - "Vəfalı" adını qoyub.

Oktyabrın 7-də Rusiya prezidentinin 65 yaşı tamam olub.

17 il ərzində gah prezident, gah da baş nazir olan Vladimir Putinə hədiyyə edilmiş heyvanlardan balaca bir zoopark yaradıla bilərdi.

Hər şey o vaxtlar FHN-nin başçısı olan Sergey Şoyqunun 2000-ci ildə ona bağışladığı Koni adlı qara labrodordan başlayıb.

2000-ci ildə Orlov vilayətinin qubernatoru Yeqor Stroyev Putinə məşhur Orlov yorğası bağışlayıb.

2001-ci ildə Başqırdıstan rəhbəri Murtaza Raximov də prezidentə at bağışlayıb. Bu Axaltəkə cinsindən olan qonur rəngli dayça idi.

Bundan bir il sonra Putin İordaniya kralı 2-ci Abdullahın hədiyyəsi olan üç ərəb cıdır atını qəbul edib. Bu atların adları - İbn Məruf, Hakimə və Ayzis idi.

Daha bir atı prezidentə o vaxtkı Tatarıstan prezidenti Mintimer Şaymiyev 2005-ci ildə bağışlamışdı. Bu Vadik ləqəbli falabella ponisi idi.