9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü


Dünya 12 Okt 2017 17:54:00 324 0

9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib.

Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib. Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib. Həkimlər bildiriblər ki, uşağın yumurta və soyaya qarşı allergiyası olub. Bu səbəbdən vəziyyəti pisləşib.