Azərbaycanda xərçəng qadına yanlış diaqnoz qoyuldu


Digərləri 12 Okt 2017 17:45:00 463 0

Azərbaycanda xərçəng qadına yanlış diaqnoz qoyuldu

Azərbaycanda 42 yaşlı qadın 2015-ci ildən bəri süd vəzi giləsində səthi qızartı, qabıqlanma, xoralaşma kimi əlamətlərlə bir neçə həkimdə və dermatoloqda olaraq, dermatoloji dəri problemi diaqnozu ilə yanlış müalicə olunub. 

Son.az medicina.az-a istinadən xəbər verir ki, 2 il ərzində məlhəmlər, mazlar çəkərək effektsiz müalicə alan qadın sonra mamoloqa üz tutub. Mammoloq-onkoloq Rəna Abdullayeva qadının süd vəzisində həm gilədə, həm süd vəzi daxilində patoloji toxuma görərək, biopsiya təyin edib. Hər iki sahədən biopsiya analizində diaqnoz xərçəng olaraq təsdiqlənib. 

Onkoloq saytımıza açıqlamasında qadının 2 il vaxt itirməsinə təəssüfləndiyini deyib: "2 il az vaxt deyil. Süd vəzinə maz, dərman sürtməklə vaxt itirən pasiyent artıq eroziv sahə qanayan vaxtı onkoloqa müraciət edib. Əgər ilk əlamətlərdə gəlsəydi, daha asan və vaxtında müalicə alacaqdı". 

R.Adullayeva digər həkim və dermatoloqları qadınların süd vəzilərini müayinə edib diaqnoz qoyarkən diqqətli və ehtiyatlı olmağa çağırıb. 


Xəbərə aid fotolar