Nişan öncəsi oğlan adamları qızın ətəyini qaldırıb baxmaq istədi


Dünya 12 Okt 2017 17:28:00 345 0

Nişan öncəsi oğlan adamları qızın ətəyini qaldırıb baxmaq istədi

Qayınana nişan öncəsi bədənini görmək istədiyi gəlini tərəfindən məhkəməyə verilib.

Son.az Habertürk-ə istinadən xəbər verir ki, bu ilginc olay Türkiyənin Samsun şəhərində baş verib. Evlilik hazırlığı görən Rukiye Ö. gələcək qayınanası Sedef Ü. ilə alış-verişə çıxıb. İddiaya görə, gələcək qayınana gəlini olacaq Rukiye Ö.-yə dar geyimlər geyindirib. Sedef Ü.-nün bunu Rukiye Ö.-nün bədən quruluşunu yoxlamaq üçün etdiyi məlum olub.

Nişan öncəsi oğlan tərəfi Rukiye Ö.-nün ətəyini qaldıraraq vücuduna yenidən baxmaq istəyib. Əgər buna icazə verilməsə, nişan üzüklərinin taxılmayacağını söyləyiblər. Bu qəribə şərtdən sonra qızın ailəsi nişanın baş tutmasına icazə verməyib.