Kreml: Putin İrana noyabrın 1-də səfər edəcək


Dünya 12 Okt 2017 16:29:10 322 0

Kreml: Putin İrana noyabrın 1-də səfər edəcək

Rusiya prezidenti "Azərbaycan-İran-Rusiya" formatında üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcək

"Rusiya prezidenti Vladimir Putinin İrana səfəri noyabrın 1-nə hazırlanır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl V.Putinin ilin sonunadək "Azərbaycan-İran-Rusiya" formatında prezidentlərin üçtərəfli görüşündə iştirak etmək üçün İrana səfər edəcəyi bildirilmişdi.

Qeyd edək ki, ilk üçtərəfli sammit ötən ilin avqust ayında Bakıda keçirilib. O zaman İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin birgə iqtisadi layihələri və regional təhlükəsizlik məsələlərini, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsini müzakirə edib.