Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar FOTO


Digərləri 12 Okt 2017 16:36:00 271 0

Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar  FOTO

10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

Son.az big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb. 

Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. 


Xəbərə aid fotolar