Nardaran sakini vəfat etmiş əmisinin silahını götürüb polis bölməsinə getdi


Digərləri 12 Okt 2017 15:04:00 405 0

Nardaran sakini vəfat etmiş əmisinin silahını götürüb polis bölməsinə getdi

Nardaran sakini əmisindən qalma silah-sursatı təhvil verib.

Son.az DİN-ə istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əfqan Bəhrəmov vəfat etmiş əmisindən qalan "Makarov" markalı tapançanı, 4 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.