Yağ qutularından 126 ədəd siqaret çıxdı


Digərləri 12 Okt 2017 14:57:00 270 0

Yağ qutularından 126 ədəd siqaret çıxdı

Yağ qutularından siqaret aşkar edilib.

Bakı. Yağ qutularından siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından ölkəmizə gələn Azərbaycan vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.