Bakıda bacıqardaşın başını kəsən cani həbs edilmədi


Digərləri 12 Okt 2017 14:50:00 334 0

Bakıda bacıqardaşın başını kəsən cani həbs edilmədi

Bakıda bacı-qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib.

Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.

Qeyd edək ki, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub ifadə verib.

Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə S.Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib. Amma həmin evə gələn zaman A.Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. F.Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə L.Məmmədova açıb və A.Cəfərov bu zaman qətl hadisəsini törədib.