II Bakı Ticarət Festivalında ƏDV-ləri qaytaracaq bankların SİYAHISI


Digərləri 12 Okt 2017 14:45:00 279 0

II Bakı Ticarət Festivalında ƏDV-ləri qaytaracaq bankların SİYAHISI

II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.

Bakı. Ənvər Məmmədov - II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini deyib: "II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub - Azərbaycan Beynəlxaql Bankı və "Azər Turk Bank". Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib - "Kapital Bank", "PASHA Bank", "Yapi Kredi Bank Azerbaijan", "Bank Silk Way" və Azərbaycan Sənaye Bankı. Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.