Ümumi İqtisadi Tarazlıq Modeli hazırlanır FOTO


Digərləri 12 Okt 2017 14:32:00 321 0

Ümumi İqtisadi Tarazlıq Modeli hazırlanır  FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ümumi tarazlıq modeli hazırlanır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Bildirilir ki, İİTKM-də Ümumi İqtisadi Tarazlıq Modeli işlənilir.

Bu kontekstdə Asiya İnkişaf Bankı Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində Ümumi Tarazlıq Modeli (CGE) haqqında seminar təşkil edib. Seminarda İİTKM-nin Layihələr departamentinin rəhbər əvəzi Rəşad Hüseynov və Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova iştirak edirlər.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Ümumi Tarazlıq Modelinin (CGE) makroiqtisadi təhlillərdə istifadəsi və tətbiqi ilə bağlı seminarı İİTKM-də müvafiq modelin qurulmasına əlavə töhvə olacaqdır. Bu model sahələr arası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir.


Xəbərə aid fotolar