Yağış yağacaq


Digərləri 12 Okt 2017 13:30:00 354 0

Yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.