Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsillərini Yunanıstanda davam etdirəcək


Digərləri 12 Okt 2017 12:20:00 362 0

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsillərini Yunanıstanda davam etdirəcək

Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan 5 tələbə təhsillərini Yunanıstanda davam etdirəcək.

Son.az xəbər verir ki, "Erasmus+" tələbə mübadiləsi proqramları çərçivəsində sözü gedən ixtisasın AM-14.1 qrup tələbələri arasında keçirilmiş müsahibə, tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyəti göstəricilərinə görə, 5 tələbə - Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə ediblər.

Bu tələbələrin həm təhsillərinin, həm də öz dünyagörüşlərinin daha da təkmilləşməsinə, o cümlədən Azərbaycanla Yunanıstan arasında mövcud əməkdaşlığın elm və təhsil sahəsində daha da möhkəmlənməsinə xidmət edəcək.