SOCAR: "Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir


Digərləri 12 Okt 2017 10:58:00 275 0

SOCAR: "Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir

"Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir.

Bakı. Maksim Tsurkov - "Cənub Qaz Dəhlizi" layihəsinin bütün seqmentləri qrafik üzrə həyata keçirilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır: "Bu, həm neft, həm də qaz tədarükünə aiddir. SOCAR-ın həyata keçirdiyi layihələr dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib". R.Abdullayev Azərbaycanın neft və qaz hasilatı sahəsində iri layihələrindən də danışıb: "Şahdəniz" yatağında ildə 9 milyard kubmetr səviyyəsində stabil hasilatı təşkil edə bildik. Yatağın işlənməsinin ikinci mərhələ çərçivəsində hasilat daha 16 milyard kubmetr artacaq".