Məşhur aktyor da təcavüzdə suçlandı


Digərləri 12 Okt 2017 10:25:11 423 0

Məşhur aktyor da təcavüzdə suçlandı

Amerikalı aktyor, 45 yaşlı Ben Afflek uzun illər boyu aktrisalara və modellərə seksual təcavüzlərdə suçlanan məşhur prodüser, 65 yaşlı Harvi Vaynşteyni "əxlaqsız və tərbiyəsiz" adlandıraraq qınamışdı.

İndisə Ben Afflekin özünü bu əməllərdə ittiham edirlər.

Son.az NBC-yə istinadən bildirir ki, aktrisa Hilari Bertonun dediyinə görə, aktyor 2003-cü ildə teleşounun çəkilişləri zamanı ona sataşıb, əl-qol atıb: "O murdar hadisəni indiyədək unuda bilmirəm".

B.Afflek həmin olaya görə Twitter-də aktrisadan üzr istəyib.